Xəzər Xəbər

Heyvanların saxlanılması üçün xərclər ətin qiymətinə necə təsir edir? VİDEO

Veb TV | 14:30 • 28 Oktyabr 2024
Heyvanların saxlanılması üçün xərclər ətin qiymətinə necə təsir edir?

Xərci borcunu ödəsə də , yüksək gəlir əldə etmək mümkün olmur.. Bəzən isə sadəcə qoyulan xərci çıxarmaq olur...

Xezerxeber.az xəbər verir ki, söhbət regionlarda əsas məşğuliyyətlərdən olan ətlik heyvan saxlanılmasından gedir.  El arasında bordaqda saxlama kimi də adlanıdırlan bu üsul digər bəsləmə qaydalarından  daha çox ot və yem tələb etdiyindən fermerlər artıq vəsait xərclədiklərini deyirlər.  

İsmayıllıdan olan fermerlər bildirir ki, həm iribuynuzlu, həm də xırdabuynuzlu heyvanlara qış aylarında daha çox yem verilir. Həmçinin tövlə şəraitində bəsləmə müxtəlif xəstəliklərin də yaranmasına səbəb olur ki, bu zaman da mal-qaraya mütəmadi dərman vurulması lazım gəlir.  

Qış aylarının yaxınlaşması Tovuzlu fermerlərin də qayğılarını artırıb. Ətlik heyvan saxlamaqda bir o qədər də maraqlı deyillər.  Deyirlər ki, xərci çoxdur.

İqtisadçı ekspert Xalid Kərimlinin sözlərinə görə, son dövrlər təbii otlaq sahələrinin sayı azalıb.  Bu isə həm yem tədarükünün azalmasına, həm də çöl şəraitində heyvanların bəslənməsinin çətinləşməsinə səbəb olub.

Xalid Kərimli deyir ki, ot və yem ehtiyatının azalması ümumilikdə ölkə üzrə həm iribuynuzlu, həm də xırdabuynuzlu heyvanların sayının azalmasına səbəb olub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti