Xəzər Xəbər

Azərbaycan kəndində maraqlı adət: bütün sakinlər bir-birilə salamlaşır - VİDEO

Veb TV | 14:57 • 6 İyun 2019
Azərbaycan kəndində maraqlı adət:

Qəbələnin Qəmərvan kəndində Ramazan bayramı ilə bağlı uzun illərdən bəri davam edən maraqlı adət-ənənə bu il də həyata keçirilib.

XəzərXəbər baku.ws-ə istinad edərək xəbər verir ki, bayram günü kəndin sakinləri əsas küçədə cərgə ilə düzülərək bir-birilə salamlaşıb-qucaqlaşıblar və bayramlaşıblar.

Onlar bu addımla bir-birilərinə qarşı sevgi və qardaşlıqlarını nümayiş etdiriblər.

Bu mərasimin ən maraqlı tərəflərindən biri də budur ki, hətta il boyu ədavəti olanlar belə həmin gün barışırlar.



Xəbər lenti