Xəzər Xəbər

5 funta almışdı, 1 milyona satılacaq VİDEO

Veb TV | 15:55 • 4 İyun 2019
5 funta almışdı, 1 milyona satılacaq

900 il tarixə sahib "Lewis" şahmat daşı gələn ay auksiona çıxarılacaq.


Satış "Sotheby" Auksion Evində baş tutacaq. Şahmat daşının təxminən 600-1 milyon funt-sterlinqə alıcı tapması gözlənilir.


Həmin daş 1964-cü ildə Şotlandiyada cəmi 5 funt-sterlinqə alınıb.


8,8 sm uzunluğa sahib tarixi əşyanın itən beş "Lewis" şahmat daşından biri olduğu təxmin edilir.


XII-XIII əsrlərdə Norveçdə hazırlanan şahmat daşları hazırda Londonda yerləşən "British Museum" və Edinburqdakı Şotlandiya Milli Muzeyində saxlanılır./qaynarinfo


Xəbər lenti