Xəzər Xəbər

Bakıda güclü külək 6 ağac aşırıb - VİDEO

Veb TV | 19:25 • 27 May 2019
Bakıda güclü külək 6 ağac aşırıb -

Bakıda ötən gün əsən güclü külək nəticəsində şəhərin müxtəlif yerlərində 6 ağac aşıb.

Xezerxeber.az-ın məlumatına görə, külək güclü olduğundan ağacların bəziləri gövdəsindən sınıb.

Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov deyib ki, bu tip hadisələr əsasən Bakının Nəsimi, Binəqədi, Suraxanı, Yasamal və Sabuncu rayonlarında qeydə alınıb.

Orxan Məmmədov tövsiyə edib ki, iri gövdəli ağacların altından keçərkən maksimum diqqətli olmaq lazımdır.

Qeyd edək ki, aşan ağacların hamısı sağlam olub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti