Xəzər Xəbər

II və III ixtisas qruplarının abituriyentləri üçün qəbul imtahanı keçirilib - VİDEO

Veb TV | 19:29 • 19 May 2019
II və III ixtisas qruplarının abituriyentləri üçün qəbul imtahanı keçirilib -

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) 2019/2020-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirib.

Xezerxeber.az-ın məlumatına görə, imtahan respublikanın 11 şəhərində 66 binada aparılıb. İmtahanların idarə olunmasına 257 imtahan rəhbəri və 2845 nəzarətçi-müəllim cəlb olunub.

İmtahanda 35 mindən çox abituriyent iştirak edib. Onlardan 14 mini II qrup üzrə, 21 mini isə III qrup üzrə imtahan verib.

165 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1963-cü ildən, ən gənci isə 2004-cü ildəndir.

Abitiriyentlərin bəziləri imtahanın asan olduğunu desə də, bəziləri üçün əksinə olub.

Qeyd edək ki, bəzi abituriyentlər tələb olunan sənədləri özləri ilə gətirmədikləri üçün imtahana buraxılmayıblar. Bundan əlavə, imtahanın gedişi zamanı köçürməyə cəhd edən, imtahan qaydalarına zidd hərəkətlərə yol verən abituriyentlər imtahandan xaric olunub və nəticələri ləğv ediləcək.

Mayın 20-dən etibarən DİM-də imtahan protokollarının, cavab vərəqləri və kartlarının emalı aparılacaq. Yazılı cavab vermək tələb olunan tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən imtahan nəticələrinin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti