Xəzər Xəbər

Məhkəmə-hüquq sistemi sahəsində islahatlar dərinləşir - VİDEO

Veb TV | 18:51 • 19 May 2019
Məhkəmə-hüquq sistemi sahəsində islahatlar dərinləşir -

Son vaxtlar məhkəmə-hüquq sistemi sahəsində islahatlar dərinləşir. Bu prosesdə "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" dövlət başçısının aprelin 3-də imzaladığı fərmanın xüsusi rolu var.

Xezerxeber.az-ın məlumatına görə, fərmanda məhkəmə-hüquq sistemində şəffaflığın artırılması ilə bağlı önəmli məqamlar yer alıb. Bunlardan ən vaciblərindən biri də bir sıra proseslərin elektron olaraq icra edilməsidir.

Bundan əlavə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının səmərəliliyinin artırılması da diqqət mərkəzində saxlanacaq. Ölkədə biznes mühitinin yaxşılaşdırılmasına paralel olaraq sahibkarların maraqlarının məhkəmə müstəvisində qorunması, eləcə də onların qarşılaşdıqları problemlərin daha çevik həllini tapması üçün də bu fərmanda bir sıra önəmli məqamlar öz əksini tapıb.

Önəmli dəyişikliklərdən biri də Azərbaycanda ilk dəfə ekspertiza və icra xidməti ilə bağlı özəl şirkətlərin yaradılmasıdır. Bu, vətəndaşların daha şəffaf yolla öz hüquqlarını təmin etməsinə imkan yaradır.

Cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə tədbirlərin davam etdirilməsi də fərmanda əsas istiqamətlərdən biri kimi öz əksini tapıb. Fərmanda hakimlərin müstəqilliyini təmin etmək məqsədilə məhkəmələrin fəaliyyətinə müdaxilənin qarşısının alınması mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı da konkret tapşırıqlar verilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti