Xəzər Xəbər

Bərdədə avtomobil təmiri sexində partlayış VİDEO

Veb TV | 18:22 • 18 May 2019
Bərdədə avtomobil təmiri sexində partlayış

"Bərdə rayonunda avtomobil təmiri sexində partlayış baş verib”.

Hadisə rayonun Alaçadırlı kəndində qeydə alınıb.

Belə ki, ümumi sahəsi 30 kvadratmetr olan obyektdə minik avtomobilinin yanacaq çənində təmir işləri aparılan zaman yanğınla nəticələnən partlayış baş verib. Nəticədə ərazidəki avtomobil ehtiyat hissələri yanıb. Eyni zamanda hadisə zamanı rayon sakinləri - 1970-ci il təvəllüdlü Habil Orucov və 1960-cı il təvəllüdlü Telman Qasımov müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hər iki yaralının vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Məlumata görə, alov söndürülüb, yaxınlıqdakı avtomobil və bitişik tikililər yanğından mühafizə olunub.

Xəbər lenti