Xəzər Xəbər

Anti-milli ünsürlər aksiya keçirməyə cəhd ediblər - VİDEO

Veb TV | 19:26 • 14 May 2019
Anti-milli ünsürlər aksiya keçirməyə cəhd ediblər -

Başda Orduxan Teymurxan olmaqla 3-4 nəfər anti-milli ünsür, Prezident İlham Əliyevin Brüsselə səfəri çərçivəsində aksiya keçirməyə cəhd ediblər.

Ekspertlər deyir ki, onların etirazının əsas məqsədi Azərbaycanı gözdən salmaqdır. Bu düşmənçilik, əslində Azərbaycan xalqına və dövlətinə qarşı edilir. Aksiya cəhdi ilə onlar erməni diasporundan, ermənilərin maliyyələşdirdiyi xarici fondlardan aldıqları böyük məbləğdə vəsaitləri yuyurlar. Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyir ki, onlar milli simalarını itirmiş insanlardır.

Müşfiq Ələsgərlinin sözlərinə görə, anti-milli ünsürlər sayının bir əlin barmaqlarını keçməyəcək qədər az olması da bir daha göstərir ki, onların dəstəyi yoxdur. Sadəcə sifariş yerinə yetirirlər.

Media eksperti, Əməkdar jurnalist Azər Həsrət bildirir ki, anti-milli ünsürlər dövlətimizin uğurlarından qıcıqlanırlar və ermənilərin sifarişlərini yerinə yetirməklə sözün əsl mənasında milli xəyanət edirlər.

Xəyanətkar ünsürlərin bu xəyanətinə ən yaxşı cavabı isə Avropada yaşayn əsl soydaşlarımız verib. Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə dövlət başçısına dəstək aksiyası keçirilib. Almaniya, Hollandiya, Macaristan, Belçika, Fransa və bəzi başqa Avropa ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri və üzvləri bu aksiyaya qoşulublar. Aksiyada "Cənab Prezident, Avropaya xoş gəlmissiniz!", "Cənab Prezident, Sizi salamlayırıq!" və bu kimi şüarlar səsləndirən soydaslarimiz dövlət başçısını və onun siyasi kursunu dəstəklədiklərini bəyan ediblər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti