Sabahdan etibarən Formula 1 yarışının keçiriləcəyi yollarda nəqliyyatın hərəkətinə məhdudiyyətlər qoyulacaq. Bəzi yollara isə sürücülərin məlumatlanması üçün xəbərdaredici nişanlar yerləşdiriləcək.
Xezerxeber.az-ın məlumatına görə, 26-28 aprel tarixlərində Bakının mərkəzi küçələrində baş tutacaq 2019 Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıqlar davam etdirilir.
Yarışla əlaqədar bəzi yollarda qarşılıqlı hərəkət təşkil eidləcək.
Nəqliyyat sıxlığının, tıxacların yaranmaması üçün sürücülərin alternativ olaraq Afiyyədin Cəlilov - Yusif Səfərov, Yusif Səfərov - 28 May küçələri kəsişməsindən Bakıxanov, Nəriman Nərimanov, İnşaatçılar, Hüseyn Cavid, Parlament, Mətbuat, Ziya Bünyadov, Mikayıl Müşfiq küçə və prospektləri vasitəsilə hərəkətə üstünlük vermələri tövsiyə edilir.
Formula 1 yarışları ilə əlaqədar Bakı Şəhər Halqası və ona yaxın küçələrdən keçən 17 marşrut xətti üzrə avtobusların hərəkət sxemində də dəyişiklik ediləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: