Xəzər Xəbər

Biri sükan arxasında siqaret çəkir, digəri qapısı açıq avtobusla sərnişin daşıyır - Sürücülərin özbaşınalığı bitmir - VİDEO

Veb TV | 11:38 • 28 Mart 2019
Biri sükan arxasında siqaret çəkir, digəri qapısı açıq avtobusla sərnişin daşıyır -

Yanvarın 1-dən etibarən tütün məmulatlarından istifadəni məhdudlaşdıran qanun qüvvəyə minib. Bununla da bir sıra məkanlarda, həmçinin ictimai nəqliyyatda siqaret çəkmək qadağan edilib. Lakin qanunun tətbiq edilməyinə və sərnişinlərin etirazlarına baxmayaraq, avtobus sürücüləri hələ də sükan arxasında siqaret çəkirlər.

Xezerxeber.az-ın məlumatına görə, sərnişinlərdən birinin 156 saylı avtobusda çəkdiyi görüntülər də problemin hələ də qaldığının əyani sübutudur.

Sərnişinlərdən biri avtobus sürücüsünün sükan arxasında siqaret çəkməsini lentə alaraq "Xəzər Xəbər"in votsap nömrəsinə göndərib. 

"Xəzər Xəbər"in votsap nömrəsinə göndərilən digər bir görüntüdə isə içərisi sərnişinlə dolu olan avtobus qapısı açıq şəkildə hərəkət edir. Sərnişinlərdən bəziləri isə açıq qapıda dayanıblar. Yəni, sərnişinlər hərəkətdə olan avtobusda sallaşaraq gedirlər. 

Xezerxeber.az həmin görüntüləri təqdim edir:



Xəbər lenti