Xəzər Xəbər

Bakı-Ələt yolunda "Mercedes" aşdı, bir ailənin 4 üzvü xəsarət aldı - VİDEO

Veb TV | 14:09 • 23 Mart 2019
Bakı-Ələt yolunda "Mercedes" aşdı,

Bu gün səhər Bakı-Ələt yolunda qəza baş verib.

Hadisə yolun Qaradağ rayon Səngəçal qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Bakı istiqamətində hərəkət edən "Mercedes" markalı avtomobilin sürücüsü idarəetməni itirərək yoldan çıxıb və torpaq yolda sürəti yığa bilməyən sürücü maşını aşırıb.

Qəzada xəsarət alanlar təcili tibbi yardım briqadasının köməyi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.

Xəstəxanadan verilən məlumata görə, xəsarət alanlar bir ailənin üzvüdür. Onlardan 3-ü müayinə olunaraq evə buraxılıb, 1954-cü il təvəllüdlü Həsənova Rəvşəndə isə reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ortadır.

Xəsarət alanların hamısı Ağcabədi rayon sakinidir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub, araşdırma aparılır. (trend)

Xəbər lenti