Xəzər Xəbər

Zərdabda oğurluq edən qardaş və qonşu saxlanılıb VİDEO

Veb TV | 17:07 • 22 Mart 2019
Zərdabda oğurluq edən qardaş və qonşu saxlanılıb

Zərdabda iki ayrı oğuluq hadisəsi baş verib. Məlum olub ki, saxlanılan şəxslərdən biri qardaşının evindən oğurluq edib. Qonşusunun evindən oğurluq edən digər şəxs isə sərxoş olduğunu deyərək özünə haqqqazandırmağa çalışıb.

Biri qardaşının, digəri qonşusunun evindən qızıllar oğurlayıb.

Zərdab polisi 2 ayrı oğurluq faktının üstünü açıb.RayonunMəlikli kənd sakini ƏfqanTeymurlunun evindən 2000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə müraciət daxil olub.Araşdırmadan sonra hadisəni törətməkdə şübhəli bilinən ev sahibinin qardaşı Cahangir Teymurlu saxlanılıb.Məlum olub ki,O Mingəçevirdən Zərdaba oğurluqüçün gəlib....

Polis rayonda başqa faktın da üstünü açıb.RayonsakiniMehriban Rəsulova evindən 9850 manat dəyərində qızıl zinət əşyalarının oğurlandığını bildirib.Polis bu müraciət əsasında da əməliyyat keçirib.

Saxlanılanşəxs qonşusunun evindən oğurluqetdiyini etirafedib..

Hər iki faktla bağlı cinayət işi başlanılıb, istintaq davam etdirilir.

Xəbər lenti