Xəzər Xəbər

Buraxılış imtahanlarının vaxtı məlum olub - VİDEO

Veb TV | 19:58 • 19 Fevral 2019
Buraxılış imtahanlarının vaxtı məlum olub -

Buraxılış imtahanlarının rayon və şəhərlər üzrə keçirilmə vaxtı məlum olub.

Xezerxeber.az-ın məlumatına görə, Dövlət İmtahan Mərkəzi 2018-2019-cu tədris ili üzrə buraxılış imtahanlarının rayon və şəhərlər üzrə keçirilmə qrafikini açıqlayıb.

Qurumun mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadənin sözlərinə görə, 9-cu siniflərin imtahanları paytaxtda, eləcə də Naxçıvan Muxtar Respublikasında və Şirvanda mart ayının 3-də keçiriləcək. Sumqayıt, Abşeron, Gəncə, Göygöl, Samux, Naftalan və digər bölgələrdə martın 10-da , Mingəçevir, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Balakən, Zaqatala, Qax, Yardımlı, Cəlilabad, Masallı və Lerikdə isə imtahanlar martın 17-də keçiriləcək.

11-ci siniflərin buraxılış imtahanları isə aprel ayından başlayaraq keçiriləcək. İmtahanlar bölgələrdən asılı olaraq aprelin 7-si, 14-ü və 21-də baş tutuacaq. İmtahanda şagirdlərə ümumilikdə 85 tapşırıq təqdim olunacaq.

Məcburi köçkün rayonlarının məktəblərində təhsilalanlar təhsil müəssisələrinin yerləşdiyi müvafiq şəhər və rayonlarda imtahan verəcəklər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti