Xəzər Xəbər

"Yanar bulaq" yüksək təzyiqlə püskürüb - Vulkan ehtimalı var? - VİDEO

Veb TV | 20:07 • 19 Fevral 2019
"Yanar bulaq" yüksək təzyiqlə püskürüb -

Astara rayonundakı məşhur "Yanar bulaq" iki gün öncə yüksək təzyiqlə püskürüb. Hadisə insanlarda bir qədər təlaş yaradıb. Hətta burada vulkan yatağı ola biləcəyini deyənlər də olub. Mütəxəssislər isə narahatlığa əsas olmadığıni deyirlər.

Xezerxeber.az-ın məlumatına görə, bulağın qəfil püskürməsi sakinlərdə təlaş yaradıb.

Astaranın Ərçivan qəsəbəsindəki bulaqdan çıxan suyun yanmasına səbəb tərkibində kükürdün çox olmasıdır. Bir neçə gün öncə isə bu su yüksək təzyiqlə bir neçə metr yüksəyə püskürüb. Həm də özü ilə yerin təkindən qum da gətirərək ətrafa səpib.

Mütəxəssislər deyirlər ki, burda narahat olacaq bir vəziyyət yoxdur. Püskürmə bulağın mənbəyində qazın miqdarının yüksəlməsi ilə bağlıdır və 5-6 ildən bir belə hallar təkrarlana bilər.

Bioloq Yunus Qulamov deyir ki, hətta bəzən təzyiqlə qalxan qaz bulağın üzərindəki tikilini də yandırıb. Amma bu, suyun tərkibinə hər hansı təsir göstərmir.

Qeyd edək ki, "Yanar bulaq" 1970-ci illərdə rayonda kəşfiyyat məqsədilə qazılan quyulardan biridir. Bu quyulardan bəziləri orqanizm üçün faydalı olsa da, bəzilərində kükürdün miqdarı həddən artıq çox olduğu üçün ziyanlı hesab edilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti