Xəzər Xəbər

Güclü külək qərb bölgəsində fəsadlar törətdi VİDEO

Veb TV | 17:42 • 17 Fevral 2019
Güclü külək qərb bölgəsində fəsadlar törətdi

Qərb bölgəsində müşahidə olunan güclü külək Tovuzda bir sıra fəsadlara yol açıb.

Rayonun əksər yerlərində elektrik enerjisinin təminatı təhlükəsizik məqsədi ilə fasilələrlə dayandırılıb. Külək ağacları qırıb. Rayonun Qaziqulu kəndi ərazisində ağaclar qırılaraq evlərin həyətinə, avtomobillərin üzərinə düşüb.

Dərhal əraziyə aidiyyatı qurumların nümayəndələri cəlb edilib. Yaranan problemlərin aradan qaldırılması istiqamətində işlər görülüb.

Sakinlərə dəyən ziyan isə rayon icra hakimiyyətinin nəzdində yaradılan fövqəladə komissiya tərəfindən hesablanılır.


Xəbər lenti

Çox oxunanlar