Xəzər Xəbər

ABŞ-da 47 maşın toqquşdu Ölən və xəsarət alanlar var - VİDEO

Veb TV | 12:47 • 17 Fevral 2019
ABŞ-da 47 maşın toqquşdu

ABŞ-ın Missuri ştatında güclü qar yağması səbəbindən 47 maşın toqquşub.

Bu barədə ştatın polis idarəsi məlumat yayıb.

Məlumata görə, zəncirvari qəza nəticəsində 1 nəfər ölüb, daha bir neçə nəfər yaralanıb.

Qəzanın baş verdiyi yolda hərəkət birtərəfi qaydada bağlanıb, sürücülər alternativ istiqamətlərə yönləndirilib. Bir neçə saatdan sonra xilasedicilər yol kənarına aşmış maşınları götürdükdən sonra, hərəkət bərpa olunub./publika.az

Xəbər lenti