Xəzər Xəbər

Qida Təhlükəsizliyi Agentliyindən xəbərdarlıq: Ciddi tədbir görüləcək - VİDEO

Veb TV | 18:48 • 14 Fevral 2019
Qida Təhlükəsizliyi Agentliyindən xəbərdarlıq:

Qida təhlükəsizliyi sahəsində ciddi islahatlar aparılacaq. Yeniliklər ''Qida təhlükəsizliyi haqqında'' qanun layihəsində öz əksini tapıb. Layihənin bu gün keçirilən ictimai müzakirəsi zamanı bildirilib ki, sənəd baxılması üçün artıq hökumətə təqdim olunub.

Qanun layihəsinin hazırlanmasında başlıca məqsəd qida məhsullarının ən yüksək keyfiyyətdə istehsal edilməsi və istehlakçıya çatdırılmasıdır. Bununla bağlı istehsalçılar qarşısında öhdəlik qoyulub

Qida Təhlükəsizliyi Agentliyinin sədrinin müşaviri Elxan Mikayılov jurnalistlərə açıqlamasında deyib ki, qida məhsullarının istehsalından tutmuş istehlakçıya çatdırılana qədər keçdiyi bütün mərhələlər haqqında məlumatlı olmaq üçün barkod sistemi tətbiq ediləcək

Qanun layihəsinə əsasən, agentlik yalnız orta və yüksək risk qrupuna daxil olan məhsullardan nümunələr götürərək sınaqdan keçirə biləcək. Bununla da aşağı risk qrupuna daxil olan məhsulların istehsalı ilə məşğul olan sahibkarlar sınaqlardan azad ediləcək. Bundan əlavə, qida məhsulları ixrac edən şirkətlərin işlərini asanlaşdırmaq üçün bir sıra tədbirlər nəzərdə tutulub

Qanunla yanaşı 2019-2025-ci illərdə qida təhlükəsizliyinin təmin edilməsi üzrə Dövlət Proqramı hazırlanıb.

Xəbər lenti