Xəzər Xəbər

Uçqun altında qalan maşınını anbaan lentə aldı VİDEO

Veb TV | 12:05 • 30 Dekabr 2018
Uçqun altında qalan maşınını anbaan lentə aldı

Dağıstanda bir TIR sürücüsünün uçqundan qurtulduğu anlar anbaan kameralara düşüb.

Oxu.Az xəbər verir ki, sürücünün bir neçə saniyə öncə tərk etdiyi maşın qar kütləsinin altında qalıb.

Dağıstanda magistralla hərəkətdə olan sürücü uçqunun yolu qapatmağa başladığını görüb və dayanıb. Qısa müddət sonra böyük bir kütlənin gəldiyini görən sürücü maşından uzaqlaşıb. Saniyələr sonra qar kütləsi TIR-ı görünməz edib.

Sürücü qar altında qalan maşını telefonunun yaddaşına həkk edib. Bu video sosial mediada ən çox paylaşılanlar arasındadır.

Xəbər lenti