Xəzər Xəbər

Qonşular torpaq üstündə dalaşdı - 3 nəfər xəsarət aldı - VİDEO

Veb TV | 19:49 • 17 Dekabr 2018
Qonşular torpaq üstündə dalaşdı -

Qonşular dalaşıb, 3 nəfər xəsarət alıb.

Hadisə Bərdə rayonunun Kələntərli kəndində qeydə alınıb. İki qonşu arasında torpaq üstündə baş verən anlaşılmazlıq kütləvi dava ilə nəticələnib. Nəticədə 3 nəfər - 39yaşlı Elsəvər Cəfərov, 42 yaşlı Ilhamə Quliyeva və 33 yaşlı XəyyamCəfərquliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Bərdə rayon mərkəzi xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı bərdə rayon polis şöbəsində araşdırma aparılır.

Cəlilabadda isəmeşə gözətçisi mühafizə etdiyi agacları kəsmək istəyən şəxslərin hucumuna məruz qalıb. Hadisə rayonun Oğrubulaq kəndi ərazisində yerləşən 13 saylı meşə massivində qeydə alınıb. 41 yaşlıƏlirzaƏbilovərazidəmühafizə məqsədi ilə gəzərkən Oğrubulaq kənd sakinlərinin meşədə qanunsuz olaraq ağacları kəsdiklərinin şahidi olub. Sakinlərinqanunsuz əməllərinəetiraz edən meşəbəyi onlarinhücumuna məruz qalıb.

Faktlabağlı araşdırma aparılır.

Xəbər lenti