Xəzər Xəbər

Toya gələn qonağı peşman etdilər - VİDEO

Veb TV | 20:27 • 7 Dekabr 2018
Toya gələn qonağı peşman etdilər -

Gecə tövləyə girərək qoyunları aparıblar.

Xezerxeber.az-ın məlumatına görə, oğurluq hadisəsi Ağcabədi rayonunun Avşar kəndində, Elnur Bağırovun şəxsi təsərrüfatında olub. Naməlum şəxs və ya şəxslər gecə saatlarında tövləyə girərək, 17 baş xırdabuynuzlu heyvanı aparıblar. Bununla da ona 3 min manata qədər maddi ziyan dəyib.

Elnur Bağırov hadisə ilə bağlı Ağcabədi rayon polis şöbəsinə məlumat verib. Polis əməkdaşları oğrunun müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirir.

Tovuzda isə avtomobildən oğurluq olub. Hadisə Tovuz rayonunda, şadlıq saraylarının birinın qarşısında baş verib. Şəhər sakini Elgün Cəfərov toya qonaq gəlib və avtomobilini şadlıq sarayının yaxınlıgında saxlayıb. Toydan cıxıb gedərkən avtomobilindən oğurluq edildiyini bilib.

Məlumat əsasında hadisə yerinə gələn polis əməkdaşları nəqliyyat vasitəsinə baxış keciriblər. Faktla bağlı Tovuz rayon polis şöbəsində araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti