Xəzər Xəbər

NASA görüntüləri YAYDI: Yer kürəsi üçün fəlakət İLİ OLACAQ - VİDEO

Veb TV | 16:29 • 4 Dekabr 2018
NASA görüntüləri YAYDI:

Amerika Milli Kosmik Agentliyi (NASA) Bennu asteroidinin görüntülərini dərc edib.

Göy cismi potensial olaraq 2013-cü ildən Yer kürəsi üçün ən təhlükəli asteroid hesab edilir.

İdarənin məlumatlarına əsasən, asteroidi təxminən bir il ərzində öyrənməyi planlaşdırırlar, daha sonra isə kosmik zond alimlər tərəfindən sonrakı tədqiqat üçün Bennudan nümunələr götürəcək.

Massaçusets Texnologiya İnstitutundan olan alimlər asteroidin ölçüsünü 500 metr qiymətləndiriblər. Mütəxəssislərin hesablamalarına görə, o, 2182-ci ildə Yer kürəsinə yaxınlaşacaq. OSİSİS-REx kosmik stansiyasının Yer planetinə 2023-cü ilin sentyabrında qayıdacağı bildirilir./publika.az

Xəbər lenti