Xəzər Xəbər

Gəncədə DƏHŞƏTLİ PARTLAYIŞ: Dağıntılar altından 3 meyit çıxarıldı - VİDEO

Veb TV | 19:55 • 20 Noyabr 2018
Gəncədə DƏHŞƏTLİ PARTLAYIŞ:

Bu gün səhər saatlarında Gəncədə4 mərtəbəli yaşayış binasında partlayış baş verib. Binanın bir girişi tamamı ilə çöküb. Hadisə nəticəsində 3 nəfər dağıntılar altında qalaraq ölüb.1 nəfər isə yaralı olaraq xəstəxanaya yerləşdirlib. Fövqəladə hallar naziri Kəmaləddin Heydərov hadisə yerində olub. Binada olan ailələr təxliyyə olunacaq.

Partlayış nəticəsində binanın bir hissəsi çöküb.Dagıntılar altında qalan 3 nəfər isə ölüb.

Hadisə səhər saatlarında Gəncədə, "Füzuli" parkının yaxınlığında, Şahlar Hüseynov küçəsi, bina 13-də baş verib.Güclü partlayışdan sonra 3 bloklu binanın 1-ciblokundakı 4 mənzil tamamilə dağılıb.Güclü partlayış nəticəsindəyaxnlıqdakı evlərə və avtomobillərə də ziyan dəyib.. Haidsə yerinə dərhal FHN-nin xilasediciləri, polis və tibb əməkdaşları cəlb olunub.

Dağıntılar altında qalan sakinlərdən, 24 yaşlı CumaCumazadənin, 47 yaşlı Nigar Tağıyevanınvə onun oğlu 25 yaşlı Hüseyn Heydərovun meyiti çıxarılıb. Yaralı olaraq xilas edilən21 yaşlı Orxan Məmmədli isə xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Axtarış işlərinin sürətləndirilməsi üçün FövqəladəHallarnazirliyininxüsusi riskli xilasetmə xidmətinin xilasediciləri və kinoloji qrupu xüsusi təlim keçmiş itlərləhelikopter ilə bakıdan gəncə şəhərinə gətirilib.Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov da hadisə yerində olub.

Binada qalan ailələr isə təxliyyə olunacaq.

Hazırda tədqiqatçılar və mütəxəssislər partlayışın baş verdiyi ərazidə araşdırma aparırlar. Yenidən təhlükənin olmaması üçün binaya qazın və elektrik enerjisinin verilişi dayandırılıb.

Xəbər lenti