Xəzər Xəbər

Kiyevdə qadın “Porsche”ni baltaladı VİDEO

Veb TV | 15:59 • 14 Noyabr 2018
Kiyevdə qadın “Porsche”ni baltaladı

Kiyevdə çəhrayı paltolu qadın balta ilə "Porsche” markalı bahalı avtomobili parçalayıb.

"RİA Novosti” agentliyi xəbər verir ki, insident Kiyevin mərkəzində, Şota Rustaveli küçəsində baş verib.

Sosial şəbəkələrdə yayılmış videogörüntüdə sarışın qadının avtomobilin qapısı üzərinə boya ilə təhqiramiz ifadələr yazdığı görünür. Daha sonra o, balta ilə avtomobilə zərbələr endirərək daha birtəhqiramiz ifadə yazır.

Bununla da hirsi soyumayan qadın avtomobilin ön şüşəsini qırıb, baltanı maşının banına sancıb. Qadın daha sonrayaxınlıqdakı maşına oturaraq hadisə yerindən uzaqlaşıb.

Hadisə şahidləri qadına mane olmayaraq, bu anları telefonun yaddaşına həkk etməyəüstünlük veriblər./oxu.az


Xəbər lenti

Çox oxunanlar