Xəzər Xəbər

Milli Məclisdə gələn ilin büdcəsi müzakirə edilir - müzakirələr 3 gün davam edəcək - VİDEO

Veb TV | 20:00 • 13 Noyabr 2018
Milli Məclisdə gələn ilin büdcəsi müzakirə edilir -

Milli Məclisdə 2019-cu ilin dövlət büdcəsinin müzakirələrinə başlanılıb. Hökümət üzvlərinin də iştirak etdiyi iclasda növbəti ilin büdcəsi haqqında millət vəkillərinin təklifləri dinlənilib. Bildirilib ki, gələn il səhiyyə və kənd təsərrüfatına yönəldiləcək xərclər bu ilkindən çoxdur.

Xezerxeber.az-ın məlumatına görə, iclasda giriş sözü ilə çıxış edən parlamentin sədri Oqtay Əsədov büdcə layihəsinin bəzi detalları haqqında məlumat verib və bu büdcənin də sosial yönümlü olduğunu bildirib.

Növbəti ilin büdcəsi haqqında təfərrüatlı məlumat verən maliyyə naziri Samir Şərifov gələn il kənd təsərrüfatına ayrılan xəclərin də artırılacağını bildirib.

İqtisadiyyat naziri Şahin Mustafayev isə ölkəmizdə neft sektorunun 3,2, tikinti sektorunun isə 2,5 faiz artımının proqnozlaşdırıldığını bildirib. Bundan başqa, açılacaq yeni aqroparklarda çoxlu sayda insanın işlə təmin ediləcəyini bildirib.

Millət vəkili Ziyad Səmədzadə isə çıxışında ölkədə fəaliyyət göstərən banklarda faizlərin çox olduğunu və faizləri azaltmaq üçün ümumi konsensusa ehtiyac olduğunu bildirib.

Millət vəkili Siyavuş Novruzov isə idman kompleksləri və digər yeni tikililərə xərclənən vəsaiti azaltmaq məsədi ilə bu ərazilərin sahibkarlara icarəyə verilməsini təklif edib.

Qeyd edək ki, Milli Məclisin plenar iclasında büdcə müzakirələri 3 gün davam edəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti