Xəzər Xəbər

Məhsul ixracına asanlaşdırılmış nəzarət sistemi tətbiq olunacaq - VİDEO

Veb TV | 20:10 • 12 Noyabr 2018
Məhsul ixracına asanlaşdırılmış nəzarət sistemi tətbiq olunacaq -

Qida məhsulları idxalçıları ilə yanaşı, ixracatçılara da asanlaşdırılmış nəzarət sistemi tətbiq olunacaq. Bu, ixrac etdiyi məhsulun keyfiyyət göstəricisi beynəlxalq standartlara uyğun olan şəxslərə şamil ediləcək.

Xezerxeber.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.

Artıq dünyanın iri qida sektrorunda fəaliyyət göstərən xarici şirkətlər də Azərbaycanda fəaliyyət göstərən beynəlxalq standartlara uyğun laboratoriyalarda məhsullarının ekspertizası üçün müraciət ediblər.

Qoşqar Təhməzli Avropa ölkələrinə ixrac olunan Azərbaycanın fındıq məhsullarından da danışıb. Bildirib ki, fındıq məhsullarını daşıyan hər hansı nəqliyyat vasitəsi geri qaytarılmayıb. Bundan başqa, ötən 4 ayda Azərbaycanın meyvə və tərəvəz sahəsində ixrac potensialı 20 faizə yaxın artıb. Keçən il meyvə və tərəvəzlə bağlı məhsulun tərkibindəki göstəricilərə görə 81 nəqliyyat vasitəsi geri qaytarılmışdısa, bu il onların sayı 36-a enib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti