Xəzər Xəbər

Sumqayıtda AİLƏ FACİƏSİ: Birinci sinif şagirdi dünyasını dəyişdi - VİDEO

Veb TV | 19:44 • 3 Noyabr 2018
Sumqayıtda AİLƏ FACİƏSİ:

Sumqayıt şəhərində 7 yaşlı qız binanın dördüncü mərtəbəsindən yıxılaraq ölüb.

Hadisə şəhərin 41-ci məhəlləsində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini 2011-ci il təvəllüdlü Qurbanova Nuranə Namiq qızı yaşadığı 41-ci məhəllədə binanın 4-cü mərtəbəsində pəncərəyə çıxıb. Bu zaman o, yıxılaraq yerə düşüb. Nəticədə uşaq ağır xəsarətlərdən yerindəcə ölüb.

Qeyd edək ki, N.Qurbanova 1-ci sinif şagirdi olub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar