Xəzər Xəbər

Tovuzda yanğın baş verib - VİDEO

Veb TV | 20:21 • 19 Oktyabr 2018
Tovuzda yanğın baş verib -

Tovuzda yanğın olub.

Xezerxeber.az-ın məlumatına görə, rayonun Əyyublu kəndində vətəndaş Mehriban Bayramovaya məxsus ümumi sahəsi 75 kvadratmetr olan mağaza yanar konstruksiyaları ilə birlikdə yanıb.

Fövqəladə Hallar Nazirliyinin Yanğından mühafizə hissəsinin əməkdaşları əraziyə cəlb edilib, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Hadisə zamanı obyektin mühafizəçisi Bayram Hüseynov yanıq xəsarəti alıb.



Xəbər lenti