Xəzər Xəbər

Bakının sürüşmə zonalarındakı aktivlik artıb - VİDEO

Veb TV | 19:15 • 18 Oktyabr 2018
Bakının sürüşmə zonalarındakı aktivlik artıb -

Yağıntılardan sonra Bakının sürüşmə zonalarındakı aktivlik artıb.

Xezerxeber.az-ın məlumatına görə, bu gün səhər saatlarında Zığ şossesində də uçqun baş verib.

Yolun sağ hissəsində təhlükəsizlik məqsədi ilə tikilən istinad divarı aşıb. Sürüşmə nəticəsində torpaq aşınaraq mayaklarda çatlar əmələ gəlib.

Yağışların təsirindən yolun kənarındakı səki də deformasiyaya uğrayıb, şossedə isə çatlar əmələ gəlib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralovun sözlərinə görə, yol üçün ciddi təhlükə gözlənilməsə də, şossenin sağ hissəsində çökmə prosesi istisna edilmir.

Əziz Qaralov onu da bildirdi ki, hazırda Zığ sürüşmə sahəsi ilə yanaşı, Nübar qəsəbəsində, Masazırda Zəli gölü deyilən yerdə də sürüşmə, gərginlik davam edir. Eyni zamanda, subasma olan ərazilər - Şuşa şəhərciyi, Zabrat, Savalan yaşayış massivi, Binəqədidə Məlik Aslanov, daş karxanasında da gərginlik qalmaqdadır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti