Xəzər Xəbər

Məşhur şirkətin rəhbərinin və ailəsinin öldüyü təyyarə qəzasına səbəb selfi olub VİDEO

Veb TV | 13:48 • 16 Oktyabr 2018
Məşhur şirkətin rəhbərinin və ailəsinin öldüyü təyyarə qəzasına səbəb selfi olub

Avstraliyada göyərtəsində tanınmış şirkətin rəhbəri və ailəsinin olduğu təyyarənin qəzaya uğramasına səbəb selfi çəkmək olub. XəzərXəbər-in Haberler-ə istinadla verdiyi məlumata görə, bu barədə Avstraliya Rabitə Təhlükəsizlik Xidməti xəbər verib.

Qeyd edək ki, ötən ilin dekabr ayının 31-də 44 yaşlı təcrübəli pilot Qaret Morqanın idarə etdiyi təyyarə Sidney yaxınlığında dənizin üzərində qəzaya uğramışdı. Həmin vaxt göyərtədə sərnişin qismində dünyaca məşhur keyterinq firması olan, qida sənayesi və ərzaq xidməti nəhəngi Compass Group-un rəhbəri Riçard Kuzins, həmçinin onun ailə üzvləri – iki oğlu Edvard və Vilyam Kuzinslər, gəlini Emma Bouden və qızı Xezer Bouden olub.

İstintaq zamanı təyyarənin təhlükəsizliklə bağlı heç bir problemin və ya pilot xətasının olmadığını ortaya çıxarıb. Ehtimal olunur ki, sərnişinlərdən biri kokpitin içərisində selfi çəkmə tələbində olub.

Araşdırmalardan irəli gələn fərziyyəyə görə, sərnişin foto çəkərkən dirsəyi pilot Qaret Morqanın başına dəyib. Nəticədə pilot özündən gedib.

Bundan əvvəl, Yeni İl şənliindən qayıdan sərnişinlərin və pilotun öldüyü qəzaya səbəb kimi pilot xətası göstərilirdi.

Xəbər lenti