Xəzər Xəbər

Rusiyada sərnişin təyyarəsi enərkən zolaqdan çıxıb VİDEO

Veb TV | 13:46 • 10 Oktyabr 2018
Rusiyada sərnişin təyyarəsi enərkən zolaqdan çıxıb

Rusiyanın Yakutsk bölgəsindəki hava limanında qəza baş verib. "Sukhoi Superjet" təyyarəsi yerə enərkən uçuş-eniş zolağından kənara çıxıb.

Hadisə zamanı bir neçə sərnişin xəsarət alıb. Təyyarənin göyərtəsində 91 sərnişin və beş ekipaj üzvü olub.

Sərnişinlər hava ilə doldurulan nərdivanla evakuasiya edilib. Xoşbəxtlikdən, qəza qurbansız başa çatıb./FaktXəbər


Xəbər lenti