Xəzər Xəbər

Prezident İlham Əliyev bir sıra qəbullar keçirib VİDEO

Veb TV | 20:55 • 25 Sentyabr 2018
Prezident İlham Əliyev bir sıra qəbullar keçirib

Prezident İlham Əliyev bu gün Bolqarıstanın baş nazirininictimai asayiş və təhlükəsizlik üzrə müavini, müdafiə naziri Krasimir Karakaçanovu ,Avropa investisiya bankının vitse-prezidenti Vazil Hudakı vəXüsusi Olimpiya Komitəsinin sədri Timoti Şriverin başçılıq etdiyi və dünya şöhrətli idmançılar Bart Konner, Nadya Komaniç və Vladimir Qribiçin daxil olduğu nümayəndə heyətini qəbul edib.

Əvvəlcə Prezident İlham Əliyev Bolqarıstanın baş nazirinin ictimai asayiş və təhlükəsizlik üzrə müavini, müdafiə naziri Krasimir Karakaçanovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Krasimir Karakaçanov ilk dəfə Azərbaycanda 10 il bundan qabaq olduğunu qeyd edərək ötən dövr ərzində Bakıdakı çox böyük inkişafın onlarda dərin təəssürat yaratdığını deyib.Bolqarıstanın baş nazirininmüavinibildirib ki, Azərbaycanda bütün sahələrdə böyük nailiyyətlər əldə edilib. Hər iki ölkənin bir çox sahələrdə fəal əməkdaşlıq həyata keçirdiyini bildirən dövlət başçısı yüksək səviyyəli səfərlərin bu işdə rolunu qeyd edib. Enerji sahəsində strateji əməkdaşlığın mövcud olduğunu deyən prezident İlham Əliyev digər sahələrdə də əlaqələrin genişləndirilməsinin zəruriliyi bildirib.

Dövlət başçısıAvropa investisiya bankının vitse-prezidenti Vazil Hudakın başçılıq etdiyi nümayəndə heyətinidə qəbul edib. Avropa İnvestisiya Bankının vitse-prezidenti Vazil HudakAzərbaycanın həyata keçirdiyi TAP və TANAP layihələrinin önəmini vurğulayıb. Prezident İlham Əliyev sözügedən layihələrə verdiyi maliyyə dəstəyinə görə Avropa İnvestisiya Bankına təşəkkürünü bildirib.Dövlət başçısıqeyd edib ki, Azərbaycan iqtisadiyyatının inkişafının hazirki səviyyəsi və mövcud olan əlverişli biznes mühiti ölkəmizi sərmayə qoyuluşu üçün cəlbedici edib.Dövlət başçısı ölkəmizin Avropa İnvestisiya Bankı ilə əməkdaşlığı daha da genişləndirməkdə maraqlı olduğunu deyib. Söhbət zamanı infrastruktur, alternativ enerji, kənd təsərrüfati, ekologiya, özəl sektor, sənaye zonalarının fəaliyyəti ilə bağlı əməkdaşlıq ətrafinda fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyev həmçininXüsusi Olimpiya Komitəsinin sədri Timoti Şriverin başçılıq etdiyi və dünya şöhrətli idmançılar Bart Konner, Nadya Komaniç və Vladimir Qribiçin daxil olduğu nümayəndə heyətini qəbul edib.dövlət başçısı Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin XX Qlobal Forumunun Azərbaycanda təşkilindən məmnunluğunu ifadə edib.Olimpiya Hərəkatının 50 illik tarixə malik olduğunu və dünyanın 172 ölkəsini əhatə etdiyini deyən Timoti Şriver Xüsusi Olimpiya Hərəkatının 50-ci ildönümünə həsr olunan Forumun Bakıda təşkil edilməsinə göstərilən dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Prezident İlham Əliyev Xüsusi Olimpiya Hərəkatına və Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin XX Qlobal Forumuna ölkəmizin verdiyi töhfədən məmnunluğunu bildirib, Xüsusi Olimpiya Hərəkatının 50 illiyi və əldə olunan nailiyyətlər münasibətilə təbriklərini çatdırıb. Dövlət başçısı bütün dünyanı əhatə edən və özündə 5 milyona yaxın insanı birləşdirən bu hərəkatın əqli və fiziki imkanları məhdud insanların cəmiyyətə inteqrasiya olunması işinə verdiyi dəstəyin önəmini qeyd edib və Azərbaycanda bu istiqamətdə mühüm tədbirlərin, o cümlədən bir sıra sosial proqramların həyata keçirildiyini vurğulayıb.

Xəbər lenti

Çox oxunanlar