Xəzər Xəbər

Neftçalada və Abşeronda silsilə oğurluqlar törədilib - 6 nəfər tutulub - VİDEO

Veb TV | 20:06 • 23 Sentyabr 2018
Neftçalada və Abşeronda silsilə oğurluqlar törədilib -

Neftçala rayonunda silsilə oğurluqla məşğul olan dəstə üszvləri saxlanılıb.

Xezerxeber.az-ın məlumatına görə, onlar ayrı-ayrı vaxtlarda evləri soyublar.

Neftçala rayonu, Xıllı qəsəbə sakini Abbasağa Cabbarov polisə müraciət edərək, evindən 25 min Rusiya rublunun, 3 min manat dəyərində qızıl-zinət əşyalarının və 600 manat dəyərində mobil telefonunun oğurlandığını bildirib. Keçirilmiş əməliyyatla hadisəni törətməkdə şübhəli bilinən Xıllı qəsəbə sakinləri, Rafiq Qədirov, Firudin Qafarov, Əmanət Umudov, Cəlal Miriyev və Abas Cəbrayılov saxlanılaraq polis şöbəsinə gətirilib.

Məlum olub ki, həmin şəxslər müxtəlif vaxtlarda Xılllı qəsəbəsində ayrı-ayrı evlərə girərək 500 manat dəyərində xırdabuynuzlu heyvan, 10 min 770 manat dəyərində qızıl-zinət əşyaları və 1200 ABŞ dollları oğurlayaraq aralarında bölüblər.

Abşeronda da silsilə oğurluqlar edən şəxs saxlanılıb. Zərdab rayon sakini, əvvəllər eyni əmələ görə məhkumluq həyatı yaşamış 28 yaşlı Qasım Abdullayev saxlanılıb. Onun Novxanı kəndində bir neçə evi qarət etdiyi məlum olub. Polislər evə oğurluğa girən Qasımı mənzildən qızıl apararkən tutublar.

Oğurluqla məşğul olan Qasım Abdullayev saxlanılarkən üzərindən narkotik maddə də aşkar edilib. Hazırda onun digər oğurluq əməllərində iştirakının olub olmaması araşdırılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti