Xəzər Xəbər

Bəzi məhsulların idxalına gömrük güzəştləri tətbiq ediləcək - VİDEO

Veb TV | 20:38 • 21 Sentyabr 2018
Bəzi məhsulların idxalına gömrük güzəştləri tətbiq ediləcək -

Azərbaycanda istehsal ediləməyən, amma rəqabətqabiliyyətli məhsulların istehsalı üçün dövlət sahibkarlara dəstək olacaq. Bunun üçün ölkə başçısının sərəncamı ilə bir neçə layihənin icrası nəzərdə tutulur.

Xezerxeber.az-ın məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov deyib.

Onun sözlərinə görə, ölkəmizdə ''Azərbaycanda ilk'' adlı investisya təşviq mexanizmi hazırlanır.

Məhz bu proqram çərçivəsində mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün daxili bazar araşdırmaları həyata keçiriləcək, kadr potensialı artırılacaq və ölkədə istehsal olunmayan və daxili istehsalda istifadə edilən xammalın idxalına gömrük güzəştləri tətbiq ediləcək. İnevstiya cəlbi üçün də layihələr icra edilir. Xüsusən də azexport.az və enterpriseazerbaijan.com internet portallarının imkanlarından istifadə etməklə qeyri-neft sektoruna birbaşa xarici investisiyaların cəlb edilməsinə çalışılacaq.

Yerli istehsalı rəqabətqabiliyyətli olan konkret məhsulların siyahısının hazırlanmasını və istehsalının təşkili kommersiya cəhətdən səmərəli olan məhsulların təşviqini təmin etmək üçün bütün aidiyyati dövlət qurumlarının iştirakı ilə dövlət işçi qrupu yaradılacaq.

Bundan başqa, ölkəmizdəki müəssisəilərin dünya qlobal dəyər zəncirlərinə qoşulması ilə beynəlxalq əhəmiyyətə malik məhsulların bəzi predmetlərinin Azərbaycanda istehsal edilməsinə də çalışılacaq. Bütün bu görüləcək işlərlə bağlı təkliflər üç ay müddətində hazırlanacaq və ölkə başçısına təqdim ediləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti