Xəzər Xəbər

Bakıda klassik avtomobillərin yürüşü keçirildi VİDEO

Veb TV | 20:54 • 26 Avqust 2018
Bakıda klassik avtomobillərin yürüşü keçirildi

Yüzdən çox avtomobil Heydər Əliyev Mərkəzinin qarşısında toplaşıb. Görüntülər Retro avtomobillərin paytaxtda keçirilən növbəti yürüşündəndir.

Yürüşə retro avtomobil sahibləri ilə yanaşı klassik maşınlara maraq göstərən çoxlu sayda vətəndaş da gəlib.

İllərdir ki, klassik avtomobilləri yeni alınmış kimi saxlayan maşın sahibləri üçünsə bu paradın xüsusi önəmi var.

Avtomobillərlə yanaşı öz geyimi ilə köhnə Bakını xatırladanlar da vardı. Retro avtomobillərə həvəs göstərənlər arasında uşaqlar da çox idi.

Onu da qeyd edək ki, retro avtomobillərin yürüşündə 150-dən çox avtomobil iştirak edib. Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə keçirilən yürüş musiqili-əyləncəli proqramla davam etdirilib...

Xəbər lenti