Xəzər Xəbər

Turpaketlərdə payız endirimləri başladı VİDEO

Veb TV | 20:58 • 26 Avqust 2018
Turpaketlərdə payız endirimləri başladı

Məzuniyyətini və istirahətini hələ planlamayanlar ekrana yaxın əyləşin. Qarşıdakı aylar üçün təklif olunan turpaketlərdə endirimlər başlayıb. Belə ki, yay aylarında 1500 manata təklif eidlən qiymətlər hazırda yarıbayarı enib. Ölkə daxili turlarda və otellərdə də endirimlər başlayıb.

İyun -iyul aylarında 1000 -1500 manata təklif edilən turpaketlərin qiyməti indi yarıbayarı enib.

Havaların nisbətən sərinləşməsi və tələbatın əvvəlki aylarla müqayisədə azalması istirahət mərkəzləriiin qiymətlərinə də təsir edib. Hər il bu vaxtlar endirimlərin olacağını öncədən bilən əksər turist isə istirahətini məhz bu aylara saxlayır.Qiymətlər isə yarıbayarı aşağı olur.

Ölkəmizdən xaricə üz tutanlar isə sentyabr-oktyabr aylarında daha çox müalicə məqsədi ilə səfər edirlər.Burda da qiymətlərdə endirim müşahidə olunur.

Xarici turlarla yanaşı bölgələrimzdə də bu aylarda qiymətlər ucuzlaşır.Turizm üzrə ekspert Rəhman Quliyevin sözlərinə görə, bölgələrdə hər mövsüm üçün turizm imkanlarının yaradılması xarici dövlətlərdən ölkəmizə turistləri bu aylarda da cəlb edir.

Avropa ölkələrinə təşkil edilən turpaketlərin qiymətlərində isə ucuzlaşma özünü nisbətən biruzə verir.Ekspertlər bunu aviabilet və otel xərcləri ilə əlaqələndirirlər.

 

 

Xəbər lenti