Xəzər Xəbər

Gömrükdə siqaret əməliyyatının görüntüsü VİDEO

Veb TV | 12:28 • 21 Avqust 2018
Gömrükdə siqaret əməliyyatının görüntüsü
Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstan Respublikasından Azərbaycan Respublikasına "Opel Vectra" markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan vətəndaşının avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.


Dövlət Gömrük KomitəsindənXəzərXəbər-ə verilən məlumata görə, baxışdan öncə, sürücü üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib.


Yoxlama zamanı, vətəndaşın üzərində olan gödəkçənin içərisindən 3200 ədəd "King" markal siqaretlər aşkar olunub.


Xəbər lenti

Çox oxunanlar