Xəzər Xəbər

Heyvanın belində soya bitdi: Hindistanda şok olay - VİDEO

Veb TV | 12:54 • 16 Avqust 2018
Heyvanın belində soya bitdi:

Hindistanın Madya Pradeş ştatında yaşayan Datar Sinq adlı fermer şok hadisə ilə qarşılaşıb.

Fermer özünə məxsus tarlasında belində soya bitkisinin tağı yetişən siçan tapıb.

Fermer gördüyü mənzərə qarşısında şoka düşüb və siçanın görüntülərini çəkib. Daha sonra onun ağrı çəkdiyini görüb və evinə apararaq soya tağını canlının belindən çıxarıb. Fermerin sözlərinə görə, siçanın belində açıq yara olub və soya toxumu oraya düşüb.

Bölgəyə yaxın yerləşən Barnaqar kollecinin professoru bu hadisənin möcüzə olduğunu deyib. Onun sözlərinə görə, soya canlının boyun nahiyəsində bitsə də, beyninə zərər verməyib./publika.az

Xəbər lenti

Çox oxunanlar