Xəzər Xəbər

Bu il Azərbaycanda 260 min ton pambıq istehsalı gözlənilir VİDEO

Veb TV | 20:50 • 15 Avqust 2018
Bu il Azərbaycanda 260 min ton pambıq istehsalı gözlənilir

Kənd təsərrüfatı naziri İnam Kərimov Salyanda fermerlərlə görüşüb. Nazir bildirib ki, pambıq yığımı zamanı 303 pambıq yığan kombayndan istifadə olunacaq. Bundan əlavə yeni 100 kombayn da gətirilir.

Taxıl yığımı vaxtı yaşanan texnika problemi pambıq yığımı vaxtı olmayacaq.

Kənd təsərrüfatı naziri İnam kərimov pambıq yığımına azqalmış hazırlıq işlərini yerində öyrənmək üçün Salyan rayonunda olub. Sahələrdə fermerlərlə müzakirə aparan nazir pambığın yığılma vaxtı texnika ilə bağlı problem olmayacagını bildirib. Deyib ki, ölkə üzrə 303 pambıqyığan kombayn var. Bu il "Aqrolizinq" tərəfindən Hollandiya istehsalı olan daha 100 ədəd pambıqyığan kombayn gətiriləcək.

Ölkədə pambıqçılığın inkişafı üçün dövlət tərəfindən xüsusi addımlar atılır. Respublikanın 22 rayonunda 132,5 min hektar pambıq əkilib və mövsümün sonuna kimi 260 min ton pambıq istehsalı gözlənilir. İstehsal olunan pambığın emalı üçün də zavodlar tikilir.

Kənd təsərrüfatı naziri İnam kərimov Salyanda müşavirə də keçirib, fermerlərin təkliflərini dinləyib.

Xəbər lenti