Xəzər Xəbər

"Qarabağ" ÇL-da mübarizəni dayandırdı VİDEO

Veb TV | 09:46 • 15 Avqust 2018
"Qarabağ" ÇL-da mübarizəni dayandırdı
"Qarabağ” klubu UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində cavab matçında Belarusun BATE komandası ilə qarşılaşıb.


Latviyadan olan hakimlər briqadasının idarə etdiyi oyun 1:1 hesablı bərabərliklə yekunlaşıb.


Komandalar arasında Bakıda keçirilmiş ilk görüş Belarus təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşdığından təmsilçimiz növbəti mərhələyə adlaya bilməyib. Bununla da Ağdam klubu Çempionlar Liqasında mübarizəni dayandırıb.

Qeyd edək ki, BATE play-off mərhələsində Hollandiyanın "PSV Eyndhoven” komandası ilə üz-üzə gələcək. "Qarabağ" isə UEFA Avropa Liqasının play-off mərhələsində "Şerif” (Moldova)–"Valur” (İslandiya) oyununun qalibi ilə görüşəcək.



Xəbər lenti