Xəzər Xəbər

Salyanda 3 uşaq anası pomidordan zəhərlənərək öldü VİDEO

Veb TV | 17:55 • 14 Avqust 2018
Salyanda 3 uşaq anası pomidordan zəhərlənərək öldü

Bu gün Salyan rayonunun Yenikənd kənd sakini olan qadın Salyan Mərkəzi Rayon Xəstəxanasına aparılarkən dünyasını dəyişib.

1982-ci ildə anadan olmuş 3 azyaşlı uşaq anası Gülnarə Əli qızı Məmmədova 3 gün əvvəl yediyi pomidordan zəhərlənibmiş.

Lakin ailə həkimə müraciət etməyərək qadının müalicəsini evdə apardığından səhhəti bu gün qəfildən pisləşib və dünyasını dəyişib.

Gülnarə Məmmədovanın ölümünün əsl səbəbi məhkəmə tibbi-ekspertizanın rəsmi rəyindən sonra məlum olacaq.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti