Xəzər Xəbər

Evlərə və maşınlara qənim kəsilən şəxslər yaxalanıb - VİDEO

Veb TV | 17:22 • 31 İyul 2018
Evlərə və maşınlara qənim kəsilən şəxslər yaxalanıb -

Cəlilabadda evlərdən oğurluq edən şəxs saxlanılıb.

Xezerxeber.az-ın məlumatına görə, Cəlilabad sakini Sevda Şahbazova rayon polis şöbəsinə ərizə ilə müraciət edərək evindən bir neçə xalça və məişət avadanlıqlarının oğurlandığını bildirib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayon sakini Ruslan Əsədov saxlanılıb.

İlkin araşdırmalar zamanı onun başqa evlərdən də məişət əşyaları oğurladığı məlum olub.

Ruslan Əsədovun üzərinə baxış keçirilərkən isə şəxsi istehlak miqdarından artıq çəkidə heroin də aşkar edilərək maddi sübüt kimi götürülüb.

Lənkəran polisi isə mağazadan və avtomobillərdən oğurluq edən rayon sakinini saxlayıb. Rayon sakini Nəsrulla Kazımlı Polis Şöbəsinə ərizə ilə müraciət edərək işlədiyi mağazadan özünə məxsus 480 manat dəyərində mobil telefonun naməlum şəxs tərəfindən oğurlandığını bildirib. Aparılan araşdırmalar zamanı oğurluğu törədən şəxsin rayonun Göyşaban kənd sakini Bilal Verdiyev olduğu müəyyən edilib və o, yaxalanıb. Oğurladığı mobil telefon da maddi sübut kimi götürülüb. İstintaq zamanı Bilal Verdiyevin digər cinayət əməlləri də üzə çıxıb. Onun iyulun 5-də rayon ərazisində 2 avtomobildən 500 manat pul və maqnitofon oğurladığı müəyyən edilib. Hər iki faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti