Xəzər Xəbər

"Fitch" Azərbaycanın reytinqini "BB+" səviyyəsində təsdiq edib - VİDEO

Veb TV | 21:37 • 30 İyul 2018
"Fitch" Azərbaycanın reytinqini "BB+" səviyyəsində təsdiq edib -

"Fitch Ratings" Beynəlxalq Reytinq Agentliyi Azərbaycan üçün xarici valyutada emitentin defoltunun uzunmüddətli reytinqini sabit proqnozlu "BB+" səviyyəsində təsdiq edib. Bu isə o deməkdir ki, Azərbaycanda mövcud olan geniş sosial və siyasi sabitlik davam edəcək.


Xezerxeber.az-ın məlumatına görə, Agentlik proqnozlaşdırır ki, Azərbaycan iqtisadiyyatı bu il 2 faiz artacaq. Agentliyin rəyinə görə bu, neftin yüksək qiymətləri, qaz hasilatı, eləcə də kənd təsərrüfatı və turizmin inkişafı hesabına olacaq. Agentlik analitiklərinin məlumatına görə, Azərbaycanda makroiqtisadi sabitlik inflyasiyanın 3,2 faizə düşməsi fonunda yüksəlir. Artan gəlirlər fonunda dövlət investisyalarının artması da iqtisadi inkişafın davamlılığını təmin edir. Nkbin proqnozları əsaslandıran faktorlardan biri də manatın sabit məzənnəsidir. Depozitlər üzrə dollarlaşmanın səviyyəsi 67 faizdən 63 faizə, kreditlər üzrə isə dollarlaşmanın səviyyəsi 41 faizdən 39 faizə düşüb.

Daha sonra hesabatda qeyd edilir: "Neftin yüksək qiymətləri, "Cənub Qaz Dəhlizi" layihəsinin reallaşması və "Şahdəniz" qaz-kondensat yatağının hazırlanmasının ikinci mərhələsi çərçivəsində hasil edilən karbohidrogen ehtiyatlarının ixracatının artmasına təkan verəcək. Daxili balansın profisitinin artımı Dövlət Neft Fondunun aktivlərinin və beynəlxalq rezervlərin həcmini bərpa etməyə kömək edəcək".


Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:





Xəbər lenti