Xəzər Xəbər

Yol qəzası 2 nəfərin həyatına son qoydu - VİDEO

Veb TV | 20:16 • 23 İyul 2018
Yol qəzası 2 nəfərin həyatına son qoydu -

Bərdədə mikroavtobusun minik avtomobili ilə toqquşması bir nəfərin ölümü ilə nəticələnib.

Xezerxeber.az-ın məlumatına görə, ağır qəza Bərdə rayonunun Alaçadırlı kəndində baş verib. 72 yaşlı Marif Heydərovun idarə etdiyi minik avtomobili Böyükkişi Şükürovun sükan arxasında olduğu, sərnişin daşıyan mikroavtobusla toqquşub.

Minik avtomobili idarəetməni itirərək yol kənarında yerləşən elektrik dirəyinə çırpılıb. Sürücü Marif Heydərov hadisə yerində dünyasını dəyişib. Hadisə zamanı yüksək gərginlikli elektrik xətti qırıldığından bir neçə kəndə enerjisinin verilişində fasilə yaranıb.

Lənkəranda baş verən qəzada isə piyada dünyasını dəyişib. Hadisə ötən axşam rayonun Şağlaser kəndi ərazisində qeydə alınıb. Kənd sakini Mirsalam Hüseynov idarə etdiyi minik avtomobili ilə Masallı sakini, 60 yaşlı Gülqədəm Fətullayevanı vurub. Piyada hadisə yerində dünyasını dəyişib.

Meyit müayinə edilməsi üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə aparılıb. Hadisəni törədən sürücü Mirsalam Hüseynov isə saxlanılıb. Gülqədəm Fətullayevanın Şağlaser kəndinə bal satmaq üçün getdiyi bildirilir. Hər iki faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti