Xəzər Xəbər

Obyektlərə və avtomobillərə qənim kəsilən şəxs yaxalanıb - VİDEO

Veb TV | 20:08 • 23 İyul 2018
Obyektlərə və avtomobillərə qənim kəsilən şəxs yaxalanıb -

Abşeronda obyektlərdən və avtomobillərdən oğurluq edən gənc saxlanılıb.

Xezerxeber.az-ın məlumatına görə, Abşeron polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Xırdalan şəhərində fəaliyyət göstərən iaşə obyektlərindən, eləcə də vətəndaşlara məxsus şəxsi avtomobillərdən oğurluq edən, əslən Yardımlıdan olan 18 yaşlı Rəhman Dadaşzadə tutulub. Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxs 7 obyektdən oğurluq edib. O, pul, noutbuk, telefon aksesuarları və digər qiymətli əşyalar oğurlayıb.

Rəhman Dadaşzadə obyektlərə əsasən pul oğurlamaq üçün girdiyini deyib. Oğurladığı əşyaları dəyər-dəyməzinə sataraq əldə etdiyi pulu xərcləyib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır. Hazırda vədəndaşlara dəymiş ziyanın məbləği müəyyənləşdirilir.

Zaqatalada isə poçt şöbəsinə basqın olub. Nəməlum şəxs və ya şəxslər iyulun 21-dən 22-ə keçən gecə Azərpoçt MMC-nin Mosul kənd şöbəsinin qapısının qıfılını sındıraraq içəri daxil olublar. Hadisə baş verən gecə poçtda pul olmadığından oğrular içəridə axtarış apardıqdan sonra heç bir sənədə əl dəymədən binanı tərk ediblər.

Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti