Xəzər Xəbər

Ağır qəza: 2 nəfər ölüb, yaralılar var - VİDEO

Veb TV | 19:30 • 21 İyul 2018
Ağır qəza: 2 nəfər ölüb, yaralılar var -

Goranboyda minik avtomobilinin piyadanı vurması ölümlə nəticələnib.

Xezerxeber.az-ın məlumatına görə, ağır qəza Goranboyun Xanqərvənd kəndində baş verib. Kənd sakini, 62 yaşlı Ziyəddin Rüstəmov yolu keçmək istəyərkən naməlum avtomobil tərəfindən vurulub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan Ziyəddin Rüstəmov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Qəzanı törədən sürücü isə hadisə yerindən uzaqlaşıb.

Abşeronda isə zəncirvari qəzada 1 nəfər ölüb. Hadisə Masazır qəsəbəsindən Novxanı istiqamətinə gedən yolda baş verib. Mahir Vəliyevin idarə etdiyi minik avtomobili əks istiqamətdə hərəkət edən nəqliyyat vasitələrinin yoluna çıxıb. Nəticədə maşın Könül Sailovanın idarə etdiyi minik avtomobili ilə toqquşub. Həmin nəqliyyat vasitəsi isə başqa bir minik avtomobilinə çırpılıb. Qəzaya səbəb olan sürücü Mahir Vəliyevin ayaqları sınaraq avtomobildə sıxılmış vəziyyətdə qalıb. Əraziyə gələn xilasedicilər onu maşından çıxararaq təcili tibbi yardım briqadasına təhvil veriblər. Lakin o, qanitirmədən dünyasını dəyişib. Digər sürücülər isə ağır bədən xəsarətləri ilə alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. Hər iki faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti