Xəzər Xəbər

Mübariz Qurbanlı ictimaiyyətə çağırış etdi- VİDEO

Veb TV | 20:06 • 16 İyul 2018
Mübariz Qurbanlı ictimaiyyətə çağırış etdi-

''Gəncədə baş verən terror aktı xaricdə olan anti-Azərbaycan dairələrin uzantıları tərəfindən törədilib''.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qubranlı "Xəzər Xəbər''ə müsahibəsində belə deyib. Onun sözlərinə görə hazırda ölkəmizin hüquq-mühafizə orqanları bu hadisələrin arxasında hansı dairələrin dayandığını araşdırır.

Komitə sədri Sumqayıtda və digər yerlərdə də bu cür qruplaşmaların mövcud olduğunu təsdiqləyib, hüquq-mühafizə orqanlarının onlarla mübarizə apadığını bildirib. Eyni zamanda, Dövlət Komitəsinin də məscidlər və digər ibadət yerlərində radikallığı yaymağa çalışan "dindarlar"la mübarizəni davam etdirdiyini bildirib.

Mübariz Qurbanlı ictimaiyyəti radikal dindarlardan uzaq durmağa çağırıb. O hesab edir ki, belə insanlar bilərəkdən və yaxud özləri də bilmədən hansısa qüvvələrin əlaltılarına çevrilirlər. Bunun isə sonda acı nəticələri olur.

Komitə sədri xarici dairlərin İslamı terrorla bağlamaqla həm də bu dini gözdən salmaq cəhdlərinin olduğunu, ona görə də cəmiyyəti bu tip təxribatlara uymamağa çağırıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti