Xəzər Xəbər

Şəmkirdə meşənin yaxınlığında güclü yanğın oldu VİDEO

Veb TV | 20:50 • 8 İyul 2018
Şəmkirdə meşənin yaxınlığında güclü yanğın oldu

Şəmkirdə meşə massivinə yaxın ərazidə güclü yanğın baş verib.

Yanğın rayonun Şiştəpə kəndindən başlayaraq Şəmkir –Gədəbəy avtomobil yolunun Yasamal aşırımına kimi ərazini əhatə edib.

FHN-in Şəmkir rayon Yanğından Mühafizə Hissəsindən verilən məlumata görə, ərazidə quru ot və kol-kos yanır.

Alovun yaxınlıqdakı meşə massivinə keçməməsi üçün Tovuz, Gədəbəy və Şəmkirdən də yanğınsöndürmə briqadaları cəlb olunub.

Şəmkirdə meşə massivinə yaxın ərazidə baş vermiş yanğın küləkli hava şəraiti səbəbindən güclənib.

Hazırda Yastı meşə zolağına yaxın ərazidə baş vermiş yanğın 150 hektardan çox ərazini əhatə edir.


Xəbər lenti