Xəzər Xəbər

FİFA İsveçrənin ulduzları Caka və Şaqiri haqqında istintaq başlatdı VİDEO

Veb TV | 15:03 • 24 İyun 2018
FİFA İsveçrənin ulduzları Caka və Şaqiri haqqında istintaq başlatdı

FİFA Serbiya ilə qarşılaşmada qol vurduqdan sonra əlləri ilə Albaniyanın simvolu olan iki başlı qartal işarəsi göstərən Qranit Caka və Xerdan Şaqiri haqqında intizam istintaqı başladıb.

Futbol üzrə 2018-ci il Dünya Çempionatında oynanılan Serbiya - İsveçrə matçında əslən Kosova albanı olan Qranit Caka və Xerdan Şaqiri qol vurduqdan sonraki başlı qartal işarəsi göstəriblər.

Serbiya Futbol Federasiyasının baş katibi Yovan Surbatoviç həm Caka, həm də Şaqirinin İsveçrəyə qələbə gətirən qollarını albanların simvolu olan qartal hərəkəti ilə qeyd etdiklərinə görə şikayət etdiklərini açıqlayıb.

Qeyd edək ki, 17 Fevral 2008-ci ildə Kosovo Serbiyanın tərkibindən çıxaraq birtərəfli qaydada müstəqilliyini elan edib. Serbiya isə 116 ölkə tərəfindən müstəqil dövlət kimi tanınan Kosovanı hələ də öz ərzisi kimi görməyə davam edir.

Xəbər lenti