Xəzər Xəbər

Rayonlarda kombayn çatışmazlığı: - taxılın məhsuldarlığı kəskin aşağı düşüb - VİDEO

Veb TV | 18:55 • 23 İyun 2018
Rayonlarda kombayn çatışmazlığı:  -

Bəzi rayonlarda kombayn çatışmazlığı səbəbindən onlarla hektar dənli bitki məhv olmaq təhlükəsilə üz-üzə qalıb.

Xezerxeber.az-ın məlumatına görə, Goranboyun Eyvazalılar kənd sakinləri texnika sarıdan əziyyət çəkdiklərini deyirlər. Sakinlər iyunun əvvəlində biçilməli olan sahələrin hələ də məhsulunu yığa bilməyiblər. Yerli sakinlər 1 ha-dan 40-50 sentiner taxıl gözlədiklərini, kombayn olmaması səbəbindən isə bu rəqəmin artıq 10-15 sentinerə düşdüyünü deyirlər.

Adiyyati qurumlar isə gecikməni havaların qeyri-sabit keçməsi səbəbindən baş verdiyini bildirir. Sahələrdə biçin aparan texnikaların azlıq təşkil etməsi bir sıra kəndlərdə çətinliklər yaradıb.

Bərdədə də bənzər vəziyyət höküm sürür. Rayonun bir sıra kəndlərində kombayn olmadığına görə sakinlər məhsulu yıga bilmir.

Sakinlərin sözlərinə görə, bir neçə günə taxıl biçini aparılacaq, lakin hələ xeyli biçilməmiş arpa sahələri var.

Bərdə rayon İcra Hakimiyətindən bildirilib ki, bu il rayonda 2600 hektar arpa, 14 min hektar taxıl əkilib. Hava şəraiti ilə əlaqədar olaraq biçin gecikib. Arpa biçini başa çatandan sonra taxıl biçini zamanı kombayn problemi olmayacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti