Xəzər Xəbər

Ucarda müşavirə keçirildi - 500 min ton yaş pambıq əldə ediləcək - VİDEO

Veb TV | 20:49 • 22 İyun 2018
Ucarda müşavirə keçirildi -

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Ucarda müşavirə keçirilib. Müşavirə çərçivəsində mütəxəssislər pambıq sahələrinə baş çəkərək fermerlərlə görüşüblər. Fermerlərə pambıq becərilməsi və təhlükəsizlik qaydaları ilə bağlı tövsiyyələr verilib.

Müasir üsullardan istifadə yolu ilə 500 min ton yaş pambıq əldə ediləcək.

Bu fikirlər Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Ucarda keçirilən "Pambığın becərilməsi üçün aqrotexniki tədbirlərin təşkili"nə dair müşavirədə səsləndirilib. Çıxış edənlər bildiriblər ki, 2017-ci ildə rayon ərazisində 2500 hektar sahədə pambıq əkilib. Bu il də həmin rəqəm dəyişməz qalır. Sonra tədbir iştirakçıları rayonun Qarabörk kəndində pambıq sahələri ilə tanış olublar. Qeyd edilib ki, intensiv texnologiyalardan istifadə etməklə yaş pambığın istehsalını artırmaq qarşıya qoyulan əsas məqsədlərdəndir.

Həmçinin qeyd edilib ki, ziyanvericilərə qarşı dərmanlama aparılarkən təhlükəsizlik qaydalarına ciddi riayət olunmalıdır. Bu yolla da zəhərlənmələrin qarşısını almaq mümkündür.

Həmçinin pambıq sahələrində kultivasiya, seyrəltmə, zərərvericilərlə mübarizə və digər becərmə işlərinin səmərəli təşkilinə dair fermerlərə müvafiq tövsiyələr verilib, onların təklifləri dinlənilib.

Xəbər lenti

Çox oxunanlar